Millimizin baş məşqçisi: “Özü xahiş etdi ki, onu yığmaya dəvət etməyək” | 1news.az | Xəbərlər
Futbol

Millimizin baş məşqçisi: “Özü xahiş etdi ki, onu yığmaya dəvət etməyək”

21:08 - 30 / 11 / 2017
Millimizin baş məşqçisi: “Özü xahiş etdi ki, onu yığmaya dəvət etməyək”

“Hazırlıqlara 3 gün öncə başlamışıq. Düzdü, bu, az müddətdi. Amma turnirə yaxşı hazırlaşmaq üçün hər şey edirik”.

1news.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

Dekabrın 2-dən 7-dək İranda keçiriləcək “4 Top Nations” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan milli komandası Bakıda məşqlərə başlayıb. Bu gün jurnalistlər qarşısına çıxan braziliyalı mütəxəssis bildirib ki, yetirmələrini qarşıda çətin oyunlar gözləyir: “Bu, yığmada ilk toplanışımızdı. Bizi çox çətin bir sınaq gözləyir. Lakin yığmamızın əksər üzvləri “Araz”ı təmsil etdiyi üçün işimiz nisbətən yüngüldü. Amma digər komandalardan da bəzi futzalçıları heyətə cəlb etmişik ki, onlar da heyətə uyğunlaşmalıdı. Toplanışa cəlb olunun 17 oyunçudan 14-nü turnirə aparacağıq. Çempionatda özünü yaxşı tərəfdən göstərən yığma üçün yeni futzalçıları da sınayıram. Lakin yalnız bu gün və sabah baş tutacaq məşqlərdən sonra kənarda qalacaq 3 nəfərin adını deyə bilərəm”.

Çalışdırıcı Vassouranın hazırkı durumuna və Vitali Borisovun millidən kənar qalmasına da aydınlıq gətirib: “Ölkə xaricindən dəvət olunan Vassouranın durumundan razıyam. Artıq komanda ilə 3 məşq keçib. Yığmaya yaxşı vəziyyətdə qoşulduğunu söyləyə bilərəm. Vitali Borisovun yığmadan kənar qalması isə onun öz istəyi ilə bağlıdı. Bir neçə gün əvvəl öz klubu ilə UEFA kubokun elit-raundunda çıxış edib. Gərgin çempionat oyunları keçirib və bu üzdən milliyə çağırılmamasını istədi. Çünki bizi İranda da gərgin oyunlar gözləyir. Bu üzdən ona istirahət verdik”.

Təcrübəli mütəxəssis turnirin faydasından da danışıb. Onun sözlərinə görə, iştirak edəcəkləri yarış yaxşı təcrübə olacaq: “Belə güclü komandalarla oynamaq yalnız xeyrimizədi. Rusiya dünya ikincisi, İran üçüncüsüdü. Qazaxıstana gəlincə, onlar da Avropa üçüncüsüdülər. Belə rəqiblərlə oyun praktikası bizə böyük fayda verəcək”.

1news.az

Paylaş:
855

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər