Səfir: “Türkiyədən Ermənistana təyyarə reysinin açılacağı xəbəri doğru deyil” | 1news.az | Xəbərlər
Dünya

Səfir: “Türkiyədən Ermənistana təyyarə reysinin açılacağı xəbəri doğru deyil”

21:23 - 30 / 11 / 2017
Səfir: “Türkiyədən Ermənistana təyyarə reysinin açılacağı xəbəri doğru deyil”

Türkiyədən Ermənistana təyyarə reysinin açılacağı ilə bağlı xəbərlər doğru deyil.

1news.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Türkiyə Hava Yolları” şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycının adından Türkiyədən Ermənistana hava reysinin açılacağı ilə bağlı yayılan açıqlamaya münasibət bildirərkən deyib.

O bildirib ki, məsələ ilə bağlı İlkər Aycı ilə danışıb: “O, belə bir açıqlama vermədiyini dedi. Bu xəbərlər doğru deyil və həqiqəti əks etdirmir”.

Qeyd edək ki, “Anadolu agentliyi"nin ingilis dili bölməsində noyabrın 24-də Türkiyə Hava Yolları” şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycıya istinadən yayımlanan müsahibədə Ermənistana birbaşa hava reysinin açılacağı bildirilib.

1news.az

Paylaş:
690

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər