OPEK neft hasilatının həcminin azaldılmasına dair razılaşmanın müddətini uzadıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

OPEK neft hasilatının həcminin azaldılmasına dair razılaşmanın müddətini uzadıb

21:56 - 30 / 11 / 2017
OPEK neft hasilatının həcminin azaldılmasına dair razılaşmanın müddətini uzadıb

OPEK  və təşkilata üzv olmayan bir neçə digər ölkələrin neft və energetika nazirləri arasında neft hasilatının həcminin azaldılmasına dair sövdələşmənin müddətinin 2018-ci ilin sonunadək uzadılmasına dair razılıq əldə olunub. Qərar nazirlərin bu gün Vyanada keçirilən toplantısında qəbul olunub.

1news.az xəbər verir ki, 14 OPEC və 10 qeyri-OPEC ölkəsinin qərarına əsasən, hasilatda dəyişiklik edilməsi məsələsinə növbəti ilin iyun ayında yenidən baxılacaq.

Xatırladaq ki, bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Mövcud OPEC+ sazişinin müddəti gələn il martın 31-də sona çatır.

1news.az

Paylaş:
975

Son xəbərlər

Bütün xəbərlər