Prezident İlham Əliyev Türkiyənin XİN rəhbərini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Türkiyənin XİN rəhbərini qəbul edib - YENİLƏNİB

13:48 - 30 / 11 / 2017
Prezident İlham Əliyev Türkiyənin XİN rəhbərini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 30-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az  xəbər verir ki,  dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə xarici işlər naziri ilə birlikdə bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı mərasimində iştiraklarını məmnunluqla xatırladı. Azərbaycanın və Türkiyənin regional əməkdaşlığa verdiyi töhfəyə toxunan Prezident İlham Əliyev bu baxımdan bütün üçtərəfli əməkdaşlıq formatlarında ölkələrimizin iştirak etməsinin önəmini qeyd etdi və bildirdi ki, bu, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edən təşəbbüslərdir. Dövlətimizin başçısı bu gün keçirilən Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli görüşünü də yaxşı hadisə kimi dəyərləndirdi.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Mövlud Çavuşoğlu bir ay bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə bağlı keçirilən mərasimlərdə iştiraklarını xatırladı və bu tədbirdən Türkiyənin qürur duyduğunu vurğuladı. O, gələcəkdə Azərbaycanın Türkiyə ilə birgə həyata keçirəcəyi böyük layihələrin, o cümlədən TANAP layihəsinin önəmini qeyd etdi. Mövlud Çavuşoğlu iki dövlət başçısının liderliyi sayəsində ikitərəfli münasibətlərimizin bütün sahələrdə durmadan inkişaf etdiyini vurğuladı. Qonaq Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli formatda həyata keçirilən iş birliyinin regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə, bölgədə sabitliyin və iqtisadi inkişafın genişləndirilməsinə xidmət etdiyini dedi.

Söhbət zamanı “Asiyanın Qəlbi – İstanbul Prosesi” konfransının Azərbaycanda keçirilməsinin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi vurğulandı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

10:53

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 30-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az bu barədə dövlət başçısının saytına istinadla xəbər verir.

1news.az

 

Paylaş:
777

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər