Həftənin ilk iş günü üçün hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftənin ilk iş günü üçün hava proqnozu açıqlanıb

13:25 - 07 / 01 / 2018
Həftənin ilk iş günü üçün hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Temperatur gecə 4-6° isti, gündüz 8-11° isti təşkil edəcək.

Yanvarın 8-də Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə zəif duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, dağlıq ərazilərdə 9-11° şaxta, gündüz 6-11° isti olacaq. Yuxarı Qarabağ  - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

Sabah Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Mərkəzi-Aran- Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 5-7° isti, gündüz 9-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.

S.Xankişiyeva

 

Paylaş:
171

Son xəbərlər

Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02IOTA-nın icraçı katibi: “Dövlət Vergi Xidməti Uzun müddətdir ki, IOTA-nın sadiq üzvüdür”Bu gün, 12:3927 dərəcə isti olacaq, yağış yağacaq - Sabahın havasıBu gün, 12:37İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - FOTO - YENİLƏNİBBu gün, 12:31Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilirBu gün, 12:29DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 12:24Sevinc Həsənovaya Nazirlər Kabinetində vəzifə verildiBu gün, 12:14Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıbBu gün, 12:12Vüqar Rəhimzadə: Azərbaycana qarşı ideoloji təxribatların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanırBu gün, 11:56Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:21DVX rəisi: Ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alırBu gün, 11:07
Bütün xəbərlər