193 ölkəni gəzmiş səyyah: Bakı açıq səma altında muzeyə bənzəyir – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

193 ölkəni gəzmiş səyyah: Bakı açıq səma altında muzeyə bənzəyir – VİDEO

15:04 - 07 / 01 / 2018
193 ölkəni gəzmiş səyyah: Bakı açıq səma altında muzeyə bənzəyir – VİDEO

ABŞ-ın məşhur USA TODAY informasiya agentliyi BMT-yə üzv 193 ölkədə olmuş 27 yaşlı səyyah Sala Lavallonun məsləhətinə əməl etməyi tövsiyyə edib.

Səyyah məxsusi olaraq ən yaddaqalan ölkələrin ilk top 10-luğunu nəşr üçün qeyd edib. Bu ölkələr sırasında birinci yerdə Azərbaycanın paytaxtı Bakı dayanır.

“Neftlə zəngin bu paytaxt şəhəri mədəniyyət və müasir memarlığa milyardlarla vəsait sərf edib. Bu da Bakını Qafqazda inanılmaz dayanacaq edir. Şəhərdə gəzinti sanki açıq səma altında muzeyə bənzəyir: qədim şəhərin qalıqları ilə müasir memarlığın ahəngi”,  - deyən 27 yaşlı səyyah Bakını xarakterizə edərək burada balet, opera və balıq kürüsündən həzz almağı vurğulayır.

Həmçinin ilk səyahət olunmalı şəhərlər sırasında: Şərqi Timorun paytaxtı Dili, Abu Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Kiqali (Ruanda), Skopye (Makedoniya), Beyrut, Mendoza (Argentina), Fritaun (Syerra-Leon), Asmara (Eritreya), Baqan (Myanmar), Konstantin (Əlcəzair) yer alıb.

S.Xankişiyeva

Məqalənin orijinal mətni ilə bağlı News Hub bölməsindən tanış ola bilərsiniz:

Off-the-radar cities to explore in 2018 – FOTO

Paylaş:
1056

Son xəbərlər

Bütün xəbərlər