Hindistanda qar uçqunu: 17 nəfər ölüb
Hindistanın şimalındakı Kupvara-Tandxar yolunda baş verən uçqun nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Bu barədə Cammu və Kəşmir ştatının polis idarəsindən məlumat verilib.
1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, yerli hüquq mühafizə orqanlarının məlumatına əsasən, cümə günü baş verən hadisə zamanı təxminən 30 nəfər 500 metr yüksəklikdən düşən qar kütləsi və daşların altında qalıb.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatına başlanılıb. Uçqun altında daha 10 nəfərin qaldığı ehtimal olunur.
Karna şəhərini Kupvaraya birləşdirən bu yol qış aylarında daha təhlükəli olur. Tez-tez torpaq və qar uçqunları səbəbindən ölüm halları yaşanır. Hüquq mühafizə orqanlarının məlumatına görə, son 10 ildə uçqun səbəbindən bu yolda azı 300 nəfər həlak olub.
S.Xankişiyeva