“Eurovision”un qalibi vəfat edib – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Eurovision”un qalibi vəfat edib – VİDEO

17:41 - 07 / 01 / 2018
“Eurovision”un qalibi vəfat edib – VİDEO

Fransız müğənni Frans Qall 71 yaşında vəfat edib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, müğənni son iki ildə onkoloji xəstəliklə mübarizə aparırdı. Qall dekabrın ortalarında Paris yaxınlığında xəstəxanaların birinə yerləşdirilmişdi.

Bildirilir ki, hələ 1993-cü ildə həyat yoldaşı Mişel Birjenin ölümündən sonra müğənniyə süd vəzisinin xərçəngi diaqnozu qoyulmuşdu.

Qall musiqi karyerasına 1963-cü ildə, 16 yaşında başlayıb. İki il sonra, 1965-ci ildə o, “Eurovision” müsabiqəsində “Poupée de cire, poupée de son” mahnısı ilə Lüksemburqu təmsil edərək qalib gəlib.

S.Xankişiyeva

 

Paylaş:
963

Son xəbərlər

Bütün xəbərlər