Ağstafa rayonunda əl qumbarası aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafa rayonunda əl qumbarası aşkarlanıb

09:24 - 08 / 01 / 2018
Ağstafa rayonunda əl qumbarası aşkarlanıb

Yanvarın 7-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Köçəsgər kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan 1news.az-a bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı çəkilmiş ərazidə bir ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarasının ətrafında 220 kvadrat metr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.

Ümumilikdə Agentlik tərəfindən yanvarın 1-dən 7-dək Ağstafa, Tərtər və Lənkəran rayonları ərazisində iki ev və həyətyanı sahəyə, bir əkin sahəsinə və bazar ərazisinə baxış keçirilib, 3 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 6020 kvadrat metr ərazi yoxlanılıb.

1news.az

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər