AZAL təyyarəsinin tualetindən 18 ədəd iPhone çıxdı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL təyyarəsinin tualetindən 18 ədəd iPhone çıxdı - VİDEO

16:54 - 06 / 08 / 2019
AZAL təyyarəsinin tualetindən 18 ədəd iPhone çıxdı - VİDEO

"Azərbaycan Hava Yolları" (AZAL) şirkətinə məxsus təyyarənin tualetindən 18 ədəd "iPhone" markalı mobil telefon tapılıb. 

1news.az xəbər verir ki, mobil telefonlar İstanbul-Bakı reysi ilə hərəkət edən sərnişin təyyarəsində aşkar olunub. 

Mobil telefonların tapılması tualetin xarab olması nəticəsində üzə çıxıb. Təmir zamanı "iPhone"ların ora yerləşdirilməsi məlum olub.

Qeyd edək ki, həmin reysdən öncə təyyarə BƏƏ-nin Dubay şəhərindən gəlirmiş.


"Azərbaycan Hava Yolları" QSC prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski məsələ ilə bağlı bildirib ki, AZAL Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə əməliyyat keçirərək məsələni araşdırır.

1news.az

 

Paylaş:
390

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər