Şəxsiyyət vəsiqələrində barmaq izi də yer alacaq

Belçikada şəxsiyyət vəsiqələrində barmaq iziniyer aldığı hissə olacaq. Belə ki, Belçikada 2020-ci ildən etibarən şəxsiyyət vəsiqələrində barmaq izinin olması məcburi hala gətiriləcək.
1news.az chip.az-a istinadən bildirir ki, tətbiq saxta sənədlərin istifadəsinin qarşısını almaq məqsədi daşıyır.
Hökumət rəsmilərinin qəbul etdiyi qərarın 10 il ərzində həyata keçiriləcəyi bildirilib və layihə 2020-ci ildən start götürəcək.
Qeyd edək ki, sözügedən tətbiqin test mərhələsinə aprel ayında başlanılması gözlənilirdi, ancaq ölkədə hökumətin vəzifəsinin başa çatması ilə əlaqədar qərar təxirə salınmışdı.
1news.az
838