Qarabağ müharibəsi əlillərinə daha 50 avtomobil təqdim edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ müharibəsi əlillərinə daha 50 avtomobil təqdim edilib – FOTO

15:10 - 09 / 08 / 2019
Qarabağ müharibəsi əlillərinə daha 50 avtomobil təqdim edilib – FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri gücləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli ölkəmizin dinamik iqtisadi inkişafı şəraitində güclü sosial siyasətin həyata keçirildiyini, o cümlədən həssas qruplara dövlətin qayğısının artmaqda davam etdiyini vurğulayıb. Bildirib ki, cari ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi əməkhaqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artmasına səbəb olub. Bu islahatlar 4,2 milyon insanın rifahına ciddi dəstək olub.

V.Nəsirli qeyd edib ki, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi gözlənilir, hazırda təqdim olunanlar da daxil olmaqla onlardan artıq 280 avtomobil verilib.

Nazir müavini deyib ki, bununla da indiyədək müharibə əlillərinə 6424 minik avtomobili verilib. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi planlaşdırılıb, bu ilin ötən dövründə onlardan artıq 110 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6764 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub.

Tədbirdə nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, ictimai birliklərin rəhbərləri ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi üçün aparılan işlərdən, müharibə əlillərinin, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində icra olunan proqramlardan razılıqla bəhs ediblər.

Avtomobillə təmin olunan müharibə əlilləri dövlətin bütün sahələrdə onlara göstərdiyi qayğıdan məmnun olduqlarını qeyd edib, onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, o cümlədən yeni avtomobillərlə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

1news.az

Paylaş:
247

Son xəbərlər

Ərdoğan: Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib31 / 07 / 2021, 18:00Bu günün statistikası: 633 nəfər COVID-19-a yoluxub31 / 07 / 2021, 17:50Bakıda güclü yanğın başlayıb - VİDEO31 / 07 / 2021, 17:44İsrail şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpası layihələrində iştirakda maraqlıdır – FOTO31 / 07 / 2021, 17:27Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib - FOTO31 / 07 / 2021, 17:10“Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı vətənpərvərlik tədbiri keçirilib - FOTO31 / 07 / 2021, 16:33Dəhşətli qətlin təfərrüatı: Uşaqlarıma dedim ki, onu öldürməsəm, səhəri oyanıb bizi öldürəcək – VİDEO31 / 07 / 2021, 16:08Azərbaycan Ordusunun əsgəri həlak olub31 / 07 / 2021, 15:41Milli Məclisin növbədənkənar sessiyası çağırılıb31 / 07 / 2021, 15:33“YAŞAT” düşərgəsinin ikinci həftəsi başa çatıb - FOTO31 / 07 / 2021, 15:13İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib31 / 07 / 2021, 15:01İdarələrarası Mərkəzin İşçi qruplarının iclasında Qarabağda görülən və görüləcək işlər müzakirə edilib – FOTO31 / 07 / 2021, 14:32Onlayn “patı” satan şəxs saxlanılıb – VİDEO31 / 07 / 2021, 14:25Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır – MN31 / 07 / 2021, 14:06Azərbaycan yanğınsöndürənləri qardaş ölkə Türkiyədə yanğınların söndürülməsində iştirak edirlər - VİDEO31 / 07 / 2021, 13:21Vüqar Rəhimzadə: Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyənin yanındadır31 / 07 / 2021, 13:18İstirahət günü üçün hava proqnozu açıqlanıb31 / 07 / 2021, 13:11“Ceyranları qoruyaq!” ekoloji yay düşərgəsi uğurla başa çatdı - FOTO31 / 07 / 2021, 12:44“İMZA”-da I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla görüş keçirlib – FOTO31 / 07 / 2021, 12:17XİN: Deeskalasiya istəyən Ermənistan nədən sərhəd boyu Azərbaycan mövqelərini davamlı atəşə tutur?31 / 07 / 2021, 12:05
Bütün xəbərlər

Next TV