Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmişdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmişdir

18:56 - 09 / 08 / 2019
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmişdir
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçilik siyasətini yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılmış, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradılmışdır.

Ölkədə reallaşdırılan dövlət gənclər siyasətinin prokurorluq orqanlarında da davam etdirilməklə ali hüquq təhsilli gənc hüquqşünasların müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr tərkibinin yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin etmişdir.

Baş Prokurorluq tərəfindən 9 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 20-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmişdir.

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar namizədlərin iştirakı ilə saat 10:00-dan başlayaraq 3 saat ərzində vahid auditoriyada – Bakı İdman Sarayında Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə keçirilən imtahanı dövlət qurumlarının nümayəndələri ilə yanaşı, qeyri-hökumət və beynəlxalq təşkilatların, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə etmişlər.

İmtahan başa çatdıqdan sonra namizədlərin cavab kartları Dövlət İmtahan Mərkəzində yoxlanılmış və müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda 128 namizədin iştirak etmək hüququ qazandığı müəyyən edilmişdir.

Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.prokurorluq.gov.azwww.genprosecutor.gov.az) internet saytlarında yerləşdirilmişdir.

İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcəkdir.

9 avqust 2019-cu il tarixdə keçirilmiş test imtahanının nəticələri.

Paylaş:
643

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər