Ceyhun Bayramov “İsrael HaYom” qəzetinə müsahibə verib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov “İsrael HaYom” qəzetinə müsahibə verib

15:59 - 11 / 11 / 2020
Ceyhun Bayramov “İsrael HaYom” qəzetinə müsahibə verib

İsrailin aparıcı mətbu orqanlarından olan, ingilis və ivrit dillərində dərc olunan “İsrael HaYom” qəzetində Xarici İşlər naziri Ceyhun Bayramovun müsahibəsi dərc edilib.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Xarici İşlər naziri Ceyhun Bayramov qəzetin bölgədəki son vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, eləcə də Azərbaycan-İsrail ikitərəfli münasibətləri, Azərbaycanda mövcud olan tolerantlıq mühiti və yəhudilərin ölkədə əsrlərlə sülh şəraitində yaşaması ilə bağlı suallarını cavablandırıb.

Ceyhun Bayramov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi, Ermənistanın uzun illər davam edən işğalçı siyasəti və danışıqlar prosesində nümayiş etdirdiyi destruktiv mövqeyindən bəhs edib. O, Azərbaycanın hər zaman münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu, lakin Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təxribat xarakterli bəyanatları, həmçinin danışıqlar prosesində tutduğu destruktiv mövqeyinin bölgədəki son gərginliyə gətirib çıxardığını bildirib. Nazir Azərbaycanın ərazi bütövlüyünün heç bir zaman danışıqlar predmeti olmadığını vurğulayıb.

Nazir Ceyhun Bayramov Yaxın Şərq sülh prosesində inkişafın Azərbaycan tərəfindən diqqətlə izlənildiyini bildirib. O, Yaxın Şərqdə sülh və təhlükəsizliyin bərqərar olunmasına ölkəmizin həmişə dəstək göstərdiyini və “İbrahim razılaşmaları”nın bütün bölgənin inkişafına və rifahına töhfə verəcəyinə inandığını qeyd edib. Nazir, habelə ikitərəfli münasibətlərdən bəhs edərək, ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın geniş perspektivlərinin mövcud olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov müsahibəsində Azərbaycanda yəhudilərin azərbaycanlılarla birgə əsrlər boyu yaşadıqlarını qeyd edib və bu gözəl ənənənin bu gündə davam etdiyini qürur hissi ilə vurğulayıb. Həmçinin Azərbaycanda yaşayan yəhudi icmasının Azərbaycan-İsrail münasibətlərinə verdiyi töhfəni yüksək qiymətləndirdiyini qeyd edib və bunun münasibətlərin inkişafında aparıcı rol oynadığını bildirib.

Qafar Ağayev

Paylaş:
637

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər