Azərbaycan və Rusiya XİN rəhbərlərinin telefon danışığı olub – YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Rusiya XİN rəhbərlərinin telefon danışığı olub – YENİLƏNİB

14:46 - 17 / 02 / 2021
Azərbaycan və Rusiya XİN rəhbərlərinin telefon danışığı olub – YENİLƏNİB

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı ilə bağlı məlumat yayıb.

Nazirlikdən 1news.az-a bildirilib ki, fevralın 17-də C.Bayramov və S.Lavrov arasında telefon danışığı baş tutub.

Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

14:09

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov və Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

1news.az-ın Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci ildə Moskvada əldə etdikləri razılaşmaların həyata keçirilməsini, həmçinin ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

S.Xankişiyeva

Paylaş:
526

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər