Əli Əsədov Türkiyəyə səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədov Türkiyəyə səfər edəcək

14:22 - 17 / 02 / 2021
Əli Əsədov Türkiyəyə səfər edəcək

Fevralın 19-da Türkiyədə Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 9-cu iclası keçiriləcək.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, iclasda baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Səfər çərçivəsində Ə.Əsədov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Komissiyanın iclası çərçivəsində Əli Əsədov və Türkiyənin vitse-prezidenti Fuat Oktay hər iki ölkədən 150 özəl sektor nümayəndəsinin qatılacağı Türkiyə-Azərbaycan İşgüzar Forumunun ümumi iclasında iştirak edəcəklər.

Türkiyə mətbuatının məlumatına əsasən, ölkələr arasında dövlət və özəl sektorda ümumilikdə 100 milyon dollardan çox ticarət sazişlərinin imzalanması gözlənilir.

1news.az

Paylaş:
358

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər