Paşinyan: Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina mümkün deyil | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan: Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina mümkün deyil

S.Xankişiyeva18:16 - 20 / 03 / 2021
Paşinyan: Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina mümkün deyil

"Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq hazırkı anda Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina etmək mümkün deyil".

APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Aştarak vilayətinin Ucan kəndində sakinlərlə görüşdə bildirib.

N.Paşinyan deyib ki, bu gün onu Qarabağla bağlı üçtərəfli bəyanatı imzalamağa görə satqınlıqda günahlandırmağa davam edirlər: “Ancaq sual vermək lazımdır ki, digər hakimiyyətlər bu razılaşmadan imtina edərdilərmi? Mən buna mənfi cavab verirəm, çünki bu, faciəyə gətirib çıxarar. Bizi 2018-ci ildə hakimiyyətə gəldikdən sonra 25 il ərzində Silahlı Qüvvələrdə mövcud olmuş bir sıra problemləri həll etməməkdə də günahlandırırlar. Bu ittiham doğrudur. Ancaq sual yaranır ki, ərzaq və mərmilərlə bağlı problemlər 2018-ci ildə də mövcud olmalı idimi?”

Ermənistan Baş naziri bir daha bəyan edib ki, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra danışıqlar prosesində dəyişikliyə nail olmağa çalışıb: “Çünki aparılmış danışıqlar torpaqların mərhələli şəkildə Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. Qarabağda müharibə başlayanda ordu mümkün olan vaxta qədər döyüşdü”.

N.Paşinyan Mehridən açılacaq dəhlizin əvəzində Ermənistan Naxçıvandan İran və Azərbaycan üzərindən Rusiya ilə əlaqə yaratmaq imkanı qazanacağını qeyd edib. O, hakimiyyətə kimin gəlməsini isə xalqın həll etməli olduğunu vurğulayıb.

Paylaş:
606

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər