XİN: Lüksemburqun xarici işlər naziri ilk dəfə deyil ki, Azərbaycanla bağlı qərəzli bəyanatlarla çıxış edir | 1news.az | Xəbərlər
Siyasət

XİN: Lüksemburqun xarici işlər naziri ilk dəfə deyil ki, Azərbaycanla bağlı qərəzli bəyanatlarla çıxış edir

S.Xankişiyeva10:58 - 20 / 03 / 2021
XİN: Lüksemburqun xarici işlər naziri ilk dəfə deyil ki, Azərbaycanla bağlı qərəzli bəyanatlarla çıxış edir

Lüksemburq xarici işlər naziri Jan Asselborn ilk dəfə deyil ki, Azərbaycan ilə bağlı qərəzli, tamamilə əsassız və bölgədə sülh və sabitliyin təmin olunmasına xidmət etməyən bəyanatlarla çıxış edir.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə Nazirliyin Mətbuat xidməti idarəsinin Lüksemburq xarici işlər nazirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı suala verdiyi cavabına dair şərhində bildirilib.

Nazirlik qeyd edib: "Lüksemburq Parlamentinin üzvünün suallarına cavabında Jan Asselbornun erməni propaqandasının tezislərini təkrarladığı diqqətdən yayınmır.

Yaxşı olardı ki, Lüksemburq xarici işlər naziri digər bölgələrdəki vəziyyətlə bağlı açıqlama vermədən öncə təmsil etdiyi ölkənin etibarlılığına xələl gətirməmək adına ən azı mövcud həqiqətlərlə tanış olsun".

Paylaş:
397

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər