Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin Şuşanın Cıdır düzündən xalqımıza Novruz təbriki milli qürurumuzun təqdimatıdır | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin Şuşanın Cıdır düzündən xalqımıza Novruz təbriki milli qürurumuzun təqdimatıdır

S.Xankişiyeva10:04 - 22 / 03 / 2021
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin Şuşanın Cıdır düzündən xalqımıza Novruz təbriki milli qürurumuzun təqdimatıdır

“2021-ci ilin Novruz bayramı çağdaş tariximizə hec zaman unudulmayacaq, gələcək nəsillər tərəfindən əsrlər boyu fəxrlə, qürurla oxunacaq şanlı bir səhifə kimi yazılacaq.

Möhtərəm Prezidentimizin Azərbaycan xalqına builki Novruz təbriki fərqli məkandan- 28 il gözü yolda qalan, bu müddətdə əzəli sahibinə qayıdacağına ümidini bir an belə itirməyən və ötən il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin hərb tarixində görünməmiş qəhrəmanlığı sayəsində öz ülvi arzusuna qovuşan Şuşadan, Cıdır düzündən ünvanlandı. Dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın xalqımızın ən əziz bayramı günündə bu müqəddəs məkanda Novruz tonqalını alovlandırmaları bir daha milli qürurumuzun, tarixi ədalətin bərpasının dünyaya təqdimatı oldu.

30 ilə yaxın dövrdə Novruz bayramı təbriklərinin əsas mahiyyətini təşkil edən “Növbəti bayramı işğaldan azad edilmiş torpaqlarımızda qeyd edək, tonqallar qalayaq” kimi arzularımız nəhayət reallığa çevrildi, bu günlər qalib ölkənin qalib vətəndaşı kimi milli bayramımız olan Novruzu, baharın gəlişini ilk dəfə xoş ovqatla, sevinc hissi ilə qeyd edirik. Məhz əziz bayram ərəfəsində bu xoşbəxt anları bizə yaşatdıqlarına, vaxtilə itirilmiş milli qürurumuzu özümüzə qaytardıqlarına görə harada yaşamasından, siyasi baxışlarından, əqidəsindən asılı olmayaraq hər bir azərbaycanlı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna sonsuz minnətdardır.”

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, son 17 ildə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qarşıya qoyduğu və xüsusi prinsipiallıqla, qətiyyətlə həllinə doğru inamla irəlilədiyi əsas məsələ torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası olub. Bunun üçün güc toplamaq, bütün istiqamətlər üzrə hazırlıq işləri görmək lazım idi. Azərbaycan ötən dövrdə həm gücləndi, həm də münaqişənin həlli üçün möhkəm hüquqi baza yaratdı.

Azərbaycanın tarixi Qələbəsini şərtləndirən amillərdən geniş bəhs edən baş redaktor bildirib ki, bunlardan biri də gənclərimizin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunması, onların hər birinin qəlbində dərin kök atmış torpaq, Vətən sevgisidir: “Bu gənclər Azərbaycan xalqının qalib Lideri İlham Əliyev idarəçiliyinin yetirmələridir. Heç də təsadüfi deyildir ki, Azərbaycan gəncləri torpaqlarımızı işğaldan azad etmək üçün hər zaman möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “hücum!” əmrini gözləyiblər. Çağdaş tariximizə Zəfər Gününü yazan İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatı olan üçtərəfli Bəyanatın imzalanması ilə başa çatan qalibiyyət yürüşümüz məhz gənclərin Vətən sevgisinin, bu müqəddəs amala söykənən birliyimizin, həmrəyliyimizin nümayişi oldu. Möhtərəm Prezidentimiz Şuşadan xalqa müraciətində də bu məqamı xüsusi vurğulayır ki, bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhməti, payı var. Amma torpaqlarımızın yağı düşməndən təmizlənməsində əsas yükü, vəzifəni gənc nəsil yerinə yetirdi.”

Vüqar Rəhimzadə vurğulayıb ki, torpaqlarımızın tarixi sahibinə qayıtması işğalçı Ermənistana bir daha bu həqiqəti sübut etdi ki, yalan üzərində qurulan təbliğatın ömrü uzun ola bilməz: “Artıq ermənilərin tarixi saxtalaşdırmaq üçün göstərdikləri bütün mənasız cəhdlərin iflasa uğraması göz önündədir. Düşmən Şuşanın timsalında bunu aydın şəkildə gördü. Mənfur düşmən ötən 28 ildə nə qədər cəhd göstərsə də Şuşanın Azərbaycan ruhunu, görkəmini dəyişdirə bilmədi. Bəli, işğal altında olduğu 28 il ərzində Şuşanın tarixi siması dağıntılara məruz qaldı. Düşmən Şuşanı erməniləşdirmək, əsrlər boyu bu müqəddəs diyarımızın hər qarışına, hər daşına, kəsəyinə hopmuş Azərbaycan xalqının ruhunu, izini, tarixi irsini silmək istəyirdi. Ancaq buna nail ola bilmədi. Ola da bilməzdi. Ona görə ki, əsarətdə olduğu 28 ildə Azərbaycanın qədim tarixi ruhunu varlığında yaşadan Şuşa vandalların bütün cəhdlərinə baxmayaraq əyilmədi, sınmadı, milli ruhunu qorudu. Dövlətimizin başçısı İlham Əliyev Şuşadan işğalçı Ermənistana bu mesajı ünvanladı: “Əgər bu, erməni şəhəri idisə, niyə ermənilər gəlib burada yaşamadılar? Çünki ermənilərin tarixi yoxdur burada. Əgər erməni şəhəridirsə, niyə belə bərbad günə qoyublar? Niyə talayıblar Şuşanı, niyə 28 il ərzində bərpa etməyiblər?”

Baş redaktor faktlara müraciət edərək bu fikri də xüsusi qeyd edib ki, dünyanın müharibələr tarixi göstərir ki, hər bir savaşda birliyinə, həmrəyliyinə söykənən ölkələr, yüksək idarəçilik qabiliyyətinə malik, dövlətinin, xalqının gələcəyini düşünən, yenilməz iradəyə malik, qətiyyətli, dövlət maraqlarını hər şeydən üstün tutan Liderlər qələbə qazanırlar. Bu gün Azərbaycan adını tarixə qalib ölkə, möhtərəm Prezidentimiz qalib Lider, Müzəffər Sərkərdə, Azərbaycan Ordusu isə güclü, qüdrətli ordu kimi yazıb. Qalib Azərbaycanın, rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı kimi cənab İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza, Qarabağın ürəyi olan Şuşaya növbəti səfəri və burada Novruz tonqalını alovlandırması bir daha bunun təsdiqidir. Dövlətimizin başçısı Şuşada Cıdır düzündə xalqa müraciətində “Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz” fikirləri ilə son 17 ilin ümumi mənzərəsini yaratmaqla yanaşı, işğalçı Ermənistana və ona dəstək verənlərə mesajlarını çatdırdı. Artıq işğaldan azad edilmiş torpaqlarımıza yeni nəfəs verilir. Bu torpaqlarda quruculuq-bərpa işləri həyata keçirilir. İnşallah birliyimizlə, həmrəyliyimizlə Böyük Qayıdışa nail olacağıq. 28 illik həsrətdən sonra öz sahibinə qovuşan torpaqlarımız bu il Novruzu əvvəlki 27 ildən fərqli olaraq boynubükük deyil, başını dik tutaraq, alnıaçıq, üzü ağ qarşılayır, xoşbəxtliyini, sevincini yanan bayram tonqalları ilə nümayiş etdirir. Gözün aydın, Azərbaycan! Gözün aydın, Azərbaycan xalqı!”

İkinci Qarabağ müharibəsinin dünyanın hərb tarixinə yeni səhifə yazdığını bildirən V.Rəhimzadə qeyd edib ki, 44 günlük Vətən müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir: “Azərbaycan XXI əsrin müharibəsini apardı. Ermənilərin illərdir formalaşdırdıqları “güclü erməni ordusu” mifi dağıdıldı, Ermənistan diz çökdü. Novruz bayramını Cıdır düzündə qeyd edən dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük qürur hissi ilə “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” söyləməklə bir daha işğalçı dövlətə layiq olduğu yerini göstərdi.”

Paylaş:
441

Son xəbərlər

Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07
Bütün xəbərlər