ABŞ, Böyük Britaniya və Kanadadan uyğurlara dəstək | 1news.az | Xəbərlər
Siyasət

ABŞ, Böyük Britaniya və Kanadadan uyğurlara dəstək

15:18 - 23 / 03 / 2021
ABŞ, Böyük Britaniya və Kanadadan uyğurlara dəstək

Böyük Britaniya, Kanada XİN başçıları Dominik Raab və Mark Qarno, və ABŞ dövlət katibi Entoni Blinken Çinin Sintszyan-Uyğur Muxtar Rayonundakı vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

1news.az Trend-ə istinadən bildirir ki, London, Vaşinqton, Ottava və Brüssel tərəfindən bir neçə Çinli məmura tətbiq olunan sanksiyalardan bəhs edən İngiltərə, Kanada və ABŞ-ın diplomatiya rəhbərləri bu addımın Sintszyanda insan hüquqları pozuntularının yolverilməz olduğuna "açıq bir siqnal verəcəyini" vurğulayıblar.

Eyni zamanda adı çəkilən xarici işlər nazirləri və dövlət katibi Çindən BMT-nin müstəqil müstəntiqləri, jurnalistlər və xarici diplomatlar da daxil olmaqla beynəlxalq ictimaiyyətə Sintzyan ərazisinə maneəsiz giriş imkanı verməsini tələb ediblər.

1news.az

Paylaş:
466

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər