ABŞ hökuməti UNO-larla bağlı hesabat yaymağı planlaşdırır | 1news.az | Xəbərlər
Dünya

ABŞ hökuməti UNO-larla bağlı hesabat yaymağı planlaşdırır

18:10 - 23 / 03 / 2021
ABŞ hökuməti UNO-larla bağlı hesabat yaymağı planlaşdırır

ABŞ hökuməti uçan naməlum obyektlərlə (UNO) bağlı indiyəcən məxfi saxlanılan çoxsaylı görüntülərin əks olunacağı hesabat yayımlamağı planlaşdırır.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə milli kəşfiyyat idarəsinin keçmiş direktoru Con Retkliff “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, “faktlar indiyəcən bilinənlərdən daha çoxdur”: “Onlardan bəziləri məxfilikdən çıxarılıb. Bu faktlardan danışarkən biz Hərbi-Dəniz Qüvvələri və ya Hərbi-Hava Qüvvələrinin pilotları tərəfindən görülən və ya peyklər vasitəsilə təsvirləri əldə olunan obyektləri nəzərdə tuturuq”.

Retkliff bildirir ki, UNO-lar səs baryerini aşmadan səsdən yüksək sürətlə uçur və həmçinin bəşəriyyətə məlum olan texnologiyalar üçün də əlçatmaz manevrlər edirmiş.

Bir neçə ay əvvəl Pentaqon “naməlum səma cisimləri”nin əks olunduğu üç videogörüntünü yayımlayıb. Hərbi-Dəniz Donanmasının təyyarələrindəki infraqırmızı müşahidə sistemləri vasitəsi ilə əldə edilən videogörüntülərdə hərdən küləyə qarşı inanılmaz sürətlə hərəkət edən qara rəngli cisimlər görünür.

Retkliff UNO-ların “bütün dünyada” müşahidə olunduğunu qeyd edir: “Müşahidələr dedikdə, bu, yalnız bir pilot və ya bir peyk, ya da hər hansı bir kəşfiyyat məlumatı deyil. Ümumiyyətlə, bu şeyləri aşkar edə bilən bir neçə qurğumuz var və onların bəziləri, sadəcə, izaholunmaz haldır”.

O, həmçinin əlavə edib ki, kəşfiyyat xidməti əməkdaşları bütün naməlum uçan obyektlərlə bağlı “ağlabatan bir izahat” tapmağa çalışırlar: “Bəzən bizdə sual yaranır ki, görəsən, rəqiblərimizin bizdən daha inkişaf etmiş bir texnologiyaları varmı. Ancaq bəzən elə olur ki, gördüyümüz şeylərə dair heç bir izahatımız olmur”.

Qeyd edək ki, Pentaqonun sözügedən hesabatı iyunun 1-dək yayımlaması gözlənilir.

1news.az

Paylaş:
585

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər