Bakıda Pakistan Günü qeyd olunub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Pakistan Günü qeyd olunub - FOTO

1news Redaksiyası16:25 - 23 / 03 / 2021
Bakıda Pakistan Günü qeyd olunub - FOTO

Bu gün Pakistanın Azərbaycandakı səfirliyində Pakistan Günü münasibətilə bayraqqaldırma mərasimi keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, mərasimdə dövlət himninin sədaları altında Pakistanın dövlət bayrağı qaldırılıb.

Mərasimdə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee və Azərbaycanda yaşayan Pakistan vətəndaşları və digər şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən səfir Bilal Hayee ölkəsinin dövlətçilik tarixindən danışıb.

1news.az

Paylaş:
527

Son xəbərlər

Bütün xəbərlər