Səməd Seyidov: AŞPA üzvləri Azərbaycanın sülh, əmin-amanlıq yaratmaq çağırışlarını dəstəkləməlidirlər | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov: AŞPA üzvləri Azərbaycanın sülh, əmin-amanlıq yaratmaq çağırışlarını dəstəkləməlidirlər

S.Xankişiyeva17:49 - 20 / 04 / 2021
Səməd Seyidov: AŞPA üzvləri Azərbaycanın sülh, əmin-amanlıq yaratmaq çağırışlarını dəstəkləməlidirlər

Avropa Şurasının prioritetlərini və fəaliyyətimizi müəyyən etməyin vaxtı çatıb. AŞPA-nın prezidenti Rik Daems bildirdi ki, AŞPA-dan digər məqsədlər üçün siyasi vasitə kimi istifadə edilməməlidir.

Ancaq erməni həmkarlarımız bu Parlament Assambleyasından sistemli olaraq siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar. Ermənistanda parlament seçkiləri yaxınlaşır. Naira Zohrabyan yenidən deputat seçilmək istəyir. Yenidən deputat olmaq üçün aqressiv və qərəzli çıxışlar edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın “Assambleyanın Avropa Şurasının strateji prioritetlərə baxışı” adlı məruzənin müzakirələrinə qoşulan Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib ki, təkcə ölkələr haqqında danışılmamalıdır, daha çox ölkələrlə danışılmalıdır. Bu, çox vacibdir. Tini Koks tam haqlıdır ki, monitorinq prosesini və prosedurunu təkmilləşdirməliyik. Bu proses qəbuledilməzdir, qanətbəxş deyil. Monitorinq yanaşmalarının çox vaxt təhrif olunduğunu görürük.

Məsələn, bu gün Azərbaycan haqqında danışacağıq, amma heç kim Azərbaycanda olmayıb, oraya getməyib, Azərbaycan reallıqlarından xəbərsizdir.

“Problemlərin yox, həll yollarının tərkib hissəsi olmalıyıq. Təəssüf ki, çox vaxt həll yox, problem yaratmaqla məşğul olurlar. Bu isə reallıqdan tamamilə fərqlidir.

Biz sülhdən danışırıq, həll yolu tapmağı arzulayrıq. Bəziləri, xüsusilə də erməni həmkarlarım revanşist davranış göstərir və davakar mövqe tutaraq, AŞPA-nın mentalitetini dəyişməyə cəhd edirlər. Bu, qəbuledilməzdir”, - deyə S. Seyidov vurğulayıb.

Qeyd edilib ki, məruzənin müəllifi Tini Koksun tövsiyyələri nəzərə alınarsa, multilateralizmə xüsusi diqqət yetirilməlidir. Əgər bu məsələlər nəzərə alınmazsa, həll yox, problemlər axtarışında olarlarsa, bu gün Almaniya Kansleri Angela Merkel dediyi kimi, multilateralizm işləməyəcək. Artıq həll yolu axtarmaq vaxtıdır.

Sonda Səməd Seyidov AŞPA üzvlərini problemləri həll etməyə, eləcə də Azərbaycanın sülh, əmin-amanlıq yaratmaq çağırışlarını dəstəkləməyə çağırıb.

Paylaş:
363

Son xəbərlər

Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32
Bütün xəbərlər