Həkim-kosmetoloq Nigar Rüfət: İşimdən zövq alıram və pasiyentlərimə sevinc bəxş edirəm - FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Həkim-kosmetoloq Nigar Rüfət: İşimdən zövq alıram və pasiyentlərimə sevinc bəxş edirəm - FOTO

S.Xankişiyeva09:45 - 14 / 10 / 2021
Həkim-kosmetoloq Nigar Rüfət: İşimdən zövq alıram və pasiyentlərimə sevinc bəxş edirəm - FOTO

Müsahibimiz Laser Beauty Klinikin tanınmış həkim-kosmetoloqu Nigar Rüfətdir.

O bir neçə illərdir müxtəlif Avropa Kongress və Seminarlarında iştirak etmiş, Türkiyədə təkmilləşdirmə kursu bitirmişdir. Uğurlu əl işləri və öz texnikaları ilə tanınıb.

- Son vaxtlar Türkiyəyə işgüzar səfərlərinizin təfərrüatı nədən ibarətdir?

- Türkiyədə işlərimi bəyənən pasientlərim çoxdur, hər zaman gələ bilmədikləri üçün mən bir neçə aydan bir İstanbulda həm işləməyi həm də master klass verməyi planlaşdırırdım. Artıq bu planlarımın bir hissəsini realizə etmişəm. Yaxın gələcəkdə Avropa və başqa ölkələrdə də eynən bu planları realizə edəcəm İnşallah.

- Azərbaycanda kosmetologiya sahəsində çalışan peşəkarların sayı ürək açandır?

- Bu sahədə çalışan, çalışmaq istəyən hədsiz çoxdur. Lakin bir nüans var ki, hər kəs bu sahədə irəliləyə bilmir. Öyrənsələr də, müxtəlif kurslar keçsələr də hər kəs bu işdə mükəmməl ola bilməz. Əl işi, incəlik, iti göz, zövq bu işdə ən önəmli nüanslardandır. Bunlar olmasa istər tibb elmlər namizədi ol və ya çox populyar biri əl işin gözəl deyilsə bu işdə irəli gedə bilməzsən.

- Bəzi xanımlar bəzi prosedurlardan sonra uğursuz nəticədən gileylənir və bunu ictimailəşdirir ki, digərləri ehtiyatlı olsun. Bu daha çox həkimin qeyri-peşəkarlığıdır, yoxsa, pereparat keyfiyyət göstəricisinə uyğun deyil?

- Uğursuz nəticə hər bir həkimin əlindən çıxa bilər. Lakin bu bir həkimdə dəfələrlə təkrar olursa ya həkimin qeyri-peşəkar olmasından, ya da istifadə etdiyi preparatların keyfiyyətsizliyindən irəli gəlir. Peşəkar və vicdanlı həkim hər zaman istifadə etdiyi preparatları da vicdanla seçməli, yalnız özünə tətbiq edə biləcəyi şeyləri öz pasientlərinə da rəva bilməlidir.

- Deyilənə görə, bəzi süni prosedurlar gələcəkdə fəsadlar yarada bilir. Xanımlar nədə ehtiyatlı olmalıdırlar?

- Süni dolğu - xanımların ən yaralı yeridir. Süni dolğu etdirən hər bir xanım onun fəsadları ilə qarşı qarşıya durur. Süni - sintetik gellərin tətbiqindən sonra bəzən 1 ay, bəzən 1 il, bəzən də 5 il sonra fibrozlaşma əmələ gəlir (gelin kapsul şəklində toparlanması, bərkiməsi) Bundan xilas olmaq üçün fibroz toxumaları cərrahi yolla çıxartmaq lazım olur. Lakin cərrahi yolla da tam çıxarmaq mümkün olmur.

- Kosmetoloji müdaxilədən sonra bir-birinə bənzəyən xanımlar var. Bu, onların uğursuz istəyidir ki, filankəsə bənzəsinlər, yaxud kosmetoloq üzdəki fərdiliyə vara bilmir?

- Bəzən xanımlar kiməsə bənzəmək üçün prosedurlar edirlər, özlərinə ideal seçib hər cizgisinin ona oxşamasını istəyirlər. Lakin hər xanımın üzünə yaraşacaq forma və cizgilər var. Pasientlərə daim onlara yaraşacaq prosedurları təklif edirik. Təbii ki, iri dodaq, balaca burun, çəkik göz, kəskin oval, bəlirgin yanaqlar hər kəsə aşırı dozda edilərsə hər kəs bir birinə bənzəməyə başlar. Ona görə də, həddi aşmadan, minimal dolğu ilə öz üzünüzün gözəlliyini önə çəkmək varkən, sizi süni göstərəcək aşırı dozda edilən prosedurlardan qaçmaq lazımdır.

- Azərbaycan yaxın dost Türkiyə və digər ölkələrlə müqayisədə kosmetologiya sahəsində nə dərəcədə irəliləyə bilib?

- Sizə deyim ki, məhz kosmetologiya digər ölkələrə nisbətən Azərbaycanda daha çox inkişaf edib. Bu da bizim xanımların baxımlı olmasından, daha tez tez kosmetoloqa müraciət etməsindən irəli gəlir. Yəni həkimlərimizin praktikası daha çox olduğu üçün, prosedurları da daha peşəkarcasına edirlər fikrimcə. Məncə bizim kosmetoloqlar bir çox ölkələrin kosmetoloqlarından daha gözəl iş çıxarırlar.

- Məşhurların çoxu demək olar ki, sizin qapınızı döyür. İşlətdiyiniz məhsullar da, bildiyimizə görə, ən bahalı və keyfiyyətlisidir. Hər birini məmnun edə bilirsiniz?

- Məşhurların işimi bəyənib, özlərini mənə ertibar etməsi təbii ki mənim üçün sevindirici haldır. Mən hər biri ilə işlərkən zövq alıram. Çünki işlərimi daha çox kütlə real şəkildə görür və işimə daha çox bələd olurlar. Məmnun etmə mövzusuna gəldikdə isə, aralarında hələki işimdən narazı olan olmayıb. Çox şükür hər biri uğurlu alınıb. Lakin bəzi məşhurlarda vardır ki, tez tez kosmetoloqlarını dəyişməyi, müəyyən səbəblərdən hər dəfə özlərini ayrı ayrı kosmetoloqlara etibar etməklə izləyiciləri çaşdırıcı duruma salırlar.

Reklam hüququnda

Paylaş:
2736

Son xəbərlər

70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27
Bütün xəbərlər