Qazi statusundan sui-istifadə edib qayda pozanlar cərimələnəcək? - Yol polisi və ekspertdən AÇIQLAMA - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazi statusundan sui-istifadə edib qayda pozanlar cərimələnəcək? - Yol polisi və ekspertdən AÇIQLAMA - VİDEO

Qafar Ağayev10:22 - 10 / 11 / 2021
Qazi statusundan sui-istifadə edib qayda pozanlar cərimələnəcək? - Yol polisi və ekspertdən AÇIQLAMA - VİDEO

Son zamanlar bir çox yerlərdə müharibə iştirakçılarına verilən avtomobillərin dövlət qeydiyyat nişanı olmadan idarə olunması, yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının şahidi oluruq.

Qazilərimiz bizim üçün çox əzizdir, amma bir insanın qazi, şəhid ailəsi statusundan istifadə edib qaydaları pozması qəbuledilməzdir.

Məsələ ilə bağlı 1news.az-a danışan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib ki, bəzi qazilərimiz qazi statustundan sui-istifadə edərək qayda pozmağa cəhd edirlər.

“Bəzi qazilərimiz idarə etdikləri avtomobillərin nömrələrini çıxararaq yola çıxırlar. Məqsəd yol hərəkəti qaydalarını pozduqları zaman avtomobil yollarında olan videomüşahidə kameralarından, radarlardan yayınmaqdır. Bu yolverilməzdir. Digər tərəfdən bəzi qazilərimiz sükan arxasında olarkən “Yol hərəkəti haqqında” qanunun tələblərini kobud şəkildə pozur. Yol polisi əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq onları saxladıqları zaman “mən qaziyəm” deyə cavab verir və qanun pozuntularına haqq qazandırmağa çalışırlar”.

Namidan Piriyev

O, bildirib ki, torpaqlarımızın azad olunmasında iştirak edən şəhidlərimizlə, qazilərimizlə fəxr edirik.

“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ancaq nəzərə almaq lazımdır ki, qanun hər kəs üçün qanundur”.

“Torpaqlarımızı işğaldan azad etməklə xalqımıza qürur hissi yaşadıblar, lakin bu o demək deyil ki, onlar qanun-qaydaları istədikləri kimi poza bilərlər” – deyə, N.Piriyev sözlərinə əlavə edib:

“Nəinki qazilərimiz, hər bir kəs başa düşməlidir ki, bir nəfərin yol hərəkəti qaydalarını pozması, yalnız onun deyil, digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yarada bilər, ağır nəticəli qəza baş verər. Ona görə də xahiş edirik ki, bəzi qazilərimiz qayda pozuntularının mahiyyətini düzgün başa düşsünlər və bu kimi davranışlara yol verərək şərəfli qazi adına kölgə salmasınlar”.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, 7-8-də noyabr tarixlərində qazilərin iştirakı ilə maddi zərərlə nəticələnən bir neçə yol qəzası baş verib.

Elməddin Muradlı

“Hərbi geyimli mülki şəxslər tərəfindən avtoxuliqanlıq hərəkətləri qeydə alınıb. Sonda məlum olub ki, hərbi geyimdə olan, yaxasına medallar asan həmin sürücülərdən bir neçəsi nəinki döyüşdə, ümumiyyətlə, hərbi xidmətdə olmayıb. Mağazadan hərbi geyim alıb, ordan-burdan da medal tapıb düşüblər meydana. Artıq zərurətə çevrildi: gerçək qaziləri yalnız sənəd tələb edərək seçək və hərbi geyim məsələsinə məhdudiyyət qoyaq. Yoxsa dələduzlar meydan sulayacaq. Məsələnin hansısa hüquqi forması tapılmalıdır. İstənilən halda, hamı qaydalara riayət etməlidir, statusdan istifadə edib qaydaları pozmaq olmaz. Kiçik bir səhv ağır fəsadlara gətirib çıxaracaq”.

Paylaş:
1291

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər