Bakı və Düşənbə şəhərləri qardaşlaşıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı və Düşənbə şəhərləri qardaşlaşıb - FOTO

S.Xankişiyeva10:27 - 04 / 03 / 2022
Bakı və Düşənbə şəhərləri qardaşlaşıb - FOTO

Xəbər verildiyi kimi, Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri, Düşənbə şəhərinin sədri Rüstəm Emoməlinin rəhbərliyi ilə Tacikistan parlamentinin üzvləri və Düşənbə şəhərinin rəsmilərindən ibarət geniş tərkibli nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Səfər çərçivəsində nümayəndə heyətinin Bakı Şəhər İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşü keçirilib.

Şəhər icra hakimiyyətinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, görüşdə qonaqları salamlayan Eldar Əzizov paytaxt Bakı şəhərinin tarixi və şəhərdə həyata keçirilən layihələr barədə qonaqlara məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyevin səyləri ilə Bakı şəhəri keyfiyyətcə yeni səviyyəyə yüksəlib, şəhərdə aparılan genişmiqyaslı quruculuq, abadlıq işləri onu daha da gözəlləşdirib. Eldar Əzizov bildirib ki, bu səfər hər iki paytaxt şəhərləri arasında bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni imkanlar açacaq.

Azərbaycan və Tacik xalqlarının uzun əsrlərdən bəri dostluq şəraitində yaşadıqlarını söyləyən Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli bildirib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir. R.Emoməli Bakıda göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, bu səfərin Bakı və Düşənbə şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayacağını qeyd edib.

Nümayəndə heyətinin rəhbəri Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını, burada aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini bildirib.

Bakı şəhəri haqqında videorolikin nümayişindən sonra Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum imzalanıb və xatirə hədiyyələri təqdim olunub.

Görüşdə Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əsgərov və Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli iştirak ediblər.

Qeyd edək ki, səfər çərçivəsində tacikistanlı qonaqların Bakı şəhərinin görməli yerlərinə ziyarətləri nəzərdə tutulur.

Mövzu ilə əlaqədar oxuyun:

Bakı və Düşənbə şəhərləri qardaşlaşacaq

Paylaş:
1066

Son xəbərlər

“Qarabağ” Qəbələyə qalib gəlib,1/4 finala vəsiqə qazanıb04 / 12 / 2024, 17:58Gənc yazar dünyasını dəyişdi04 / 12 / 2024, 17:54Yasamal və Xəzər rayonlarının bir hissəsində qaz kəsiləcək04 / 12 / 2024, 17:45Ödənişli avtomagistrallarla bağlı yeni cərimələr müəyyən olunur04 / 12 / 2024, 17:42Santa Klausun izi ilə - Antalyanı bir də belə tanıyın - FOTO04 / 12 / 2024, 17:30“Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib04 / 12 / 2024, 17:29Məktəb yoldaşına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şagird saxlanılıb04 / 12 / 2024, 17:11Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb04 / 12 / 2024, 17:05Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək04 / 12 / 2024, 16:49ASAN könüllülərinin sayı 40 mini ötdü - FOTO04 / 12 / 2024, 16:45“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTO04 / 12 / 2024, 15:56Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşır04 / 12 / 2024, 15:16Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO - YENİLƏNİB04 / 12 / 2024, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edib04 / 12 / 2024, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıb04 / 12 / 2024, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTO04 / 12 / 2024, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYE04 / 12 / 2024, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülüb04 / 12 / 2024, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olub04 / 12 / 2024, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladı04 / 12 / 2024, 13:20
Bütün xəbərlər