Bakı və Düşənbə şəhərləri qardaşlaşacaq | 1news.az | Xəbərlər
Siyasət

Bakı və Düşənbə şəhərləri qardaşlaşacaq

S.Xankişiyeva15:50 - 03 / 03 / 2022
Bakı və Düşənbə şəhərləri qardaşlaşacaq

Azərbaycanın paytaxt Bakı ilə Tacikistanın paytaxtı Düşənbə şəhərləri qardaşlaşacaq.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli martın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Rüstəm Emoməli iki ölkə parlamentləri arasında əməkdaşlıq haqqında sazişin, həmçinin Bakı və Düşənbənin qardaşlaşması barədə sənədin imzalanacağını qeyd edərək bunları dostluq əlaqələrinin yaxşı göstəricisi kimi qiymətləndirib.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan Prezidenti Rüstəm Emoməlini qəbul edib – YENİLƏNİB

Paylaş:
1225

Son xəbərlər

Bütün xəbərlər