Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib

Qafar Ağayev12:11 - 28 / 11 / 2024
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

1news.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da Dünya azərbaycanlılarının həmrəyliyi günü - dekabrın 31-i, Yeni il bayramı - 1 və 2 yanvar qeyri-iş günüdür. Gələn il 4 və 5 yanvar şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bir həftə ardıcıl - 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il qeyri-iş günləri olacaq.

Paylaş:
897

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

25 / 01 / 2025, 13:59

Bərdədə qadın intihar edib

25 / 01 / 2025, 11:50
Bütün xəbərlər