İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib - YENİLƏNİB

13:04 - 29 / 11 / 2022
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavini qəbul edib.

1news.az xəbər verir ki, Məhəmməd bin Abdullah Əl Qərqavi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın və vitse-prezident Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun salamlarını və xoş sözlərini dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və vitse-prezidentinə çatdırmağı xahiş edib.

Söhbət zamanı iki ölkənin liderləri arasında səmimi dostluq münasibətlərinin olmasının əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Məhəmməd bin Abdullah Əl Qərqavi Bakının gözəlliyinə və təmizliyinə heyran olduğunu bildirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin dost və qardaş ölkə olaraq BƏƏ-ni sevindirdiyini diqqətə çatdırıb. Qonaq ölkələrimizin aidiyyəti nazirlikləri və dövlət təşkilatları arasında da yaxın əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb.

Azərbaycana səfəri çərçivəsində “ASAN xidmət” mərkəzi ilə tanışlığını, bu konsepsiyanı böyük maraqla qarşıladığını, burada vətəndaşlara çox səmərəli və operativ xidmət göstərildiyinin şahidi olduğunu deyən Məhəmməd bin Abdullah Əl Qərqavi vətəndaş məmnunluğu prinsipi əsasında fəaliyyət göstərən “ASAN xidmət”in Azərbaycan Prezidentinin uzaqgörən və mükəmməl təşəbbüslərindən biri olduğunu məmnunluqla qeyd edib, bu sahədə əməkdaşlığın vacibliyini bildirib.

Birləşmiş Ərəb Əmirliklərinin əldə etdiyi nailiyyətlərin də dost və qardaş ölkə olaraq Azərbaycanı sevindirdiyini diqqətə çatdıran dövlət başçısı BƏƏ rəhbərliyi ilə dostluq münasibətlərini qeyd edib və ölkələrimiz arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. İkitərəfli əlaqələrimizin çox yaxşı səviyyəsindən çıxış edərək bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləşdirildiyini deyən dövlət başçısı bu xüsusda BƏƏ-nin aparıcı şirkətlərindən olan “Masdar”ın Azərbaycanda investisiya qoyuluşu layihəsini qeyd edib.

Prezident İlham Əliyev işğal dövründə ərazilərimizdə Ermənistanın törətdiyi dağıntılardan danışıb, hazırda Azərbaycanın həmin ərazilərdə ən müasir şəhərsalma konsepsiyası tətbiq olunmaqla həyata keçirdiyi bərpa-quruculuq işləri barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***
10:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavini qəbul edib.

1news.az bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Xəbər yenilənəcək...

Paylaş:
444

Son xəbərlər

İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21
Bütün xəbərlər