Yaponiya Aya ilk kosmik gəmisini göndərib | 1news.az | Xəbərlər
Dünya

Yaponiya Aya ilk kosmik gəmisini göndərib

Qafar Ağayev10:23 - 12 / 12 / 2022
Yaponiya Aya ilk kosmik gəmisini göndərib

Son zamanlar bir çox ölkə Aya çatmağı planlaşdırır. Bu ölkələrdən biri də Yaponiyadır.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yaponiya mərkəzli “ispace” şirkətinin istehsal etdiyi kosmik gəmi ABŞ-ın SpaceX raketi ilə Aya göndərilib. Raketin Aya 2023-cü ilin aprelində çatacağı gözlənilir.

Ekipajsız kosmik gəmi ABŞ-ın Kanaveral burnunda buraxıldıqdan 47 dəqiqə sonra SpaceX Falcon 9 raketini tərk edib.

Yaponiya İctimai Televiziyası NHK bildirib ki, uğurlu olarsa, özəl şirkət tərəfindən hazırlanmış kosmik gəmi ilk dəfə Ayın səthinə enəcək.

Ayın səthini araşdıracaq

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) da daxil olmaqla müxtəlif qurumların kiçik robotlarının daxil olduğu kosmik gəmi səth tədqiqatları aparacaq.

Paylaş:
589

Son xəbərlər

Bütün xəbərlər