Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib | 1news.az | Xəbərlər
Rəsmi

Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib

Qafar Ağayev17:49 - 14 / 02 / 2023
Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib

Prezident İlham Əliyev Ş.S.Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az xəbər verir ki, sərəncama əsasən, Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər