Türkiyədə zəlzələ nəticəsində ölənlərin yeni sayı açıqlanıb
![Türkiyədə zəlzələ nəticəsində ölənlərin yeni sayı açıqlanıb](/images/2023/02/17/20230217092247988/thumb.jpg?2023-02-17+09%3A28%3A37)
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 044 nəfərə çatıb.
1news.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Xatırladaq ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda olan 7,7 bal gücündə zəlzələ olub. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
454