Qəbələdə tibb məntəqəsi yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə tibb məntəqəsi yanıb

Qafar Ağayev16:20 - 18 / 02 / 2023
Qəbələdə tibb məntəqəsi yanıb

Qəbələ rayonunun Zalam kəndində tibb məntəqəsi yanıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, ümumi sahəsi 420 m² olan birmərtəbəli tikilinin (tibb məntəqəsi kimi fəaliyyət göstərir) 2 ədəd pəncərə çərçivəsi, 1 ədəd qapısı və dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
694

Son xəbərlər

Bütün xəbərlər