Türkiyədə zəlzələ nəticəsində həlak olanlarla bağlı yeni say açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə zəlzələ nəticəsində həlak olanlarla bağlı yeni say açıqlanıb

Qafar Ağayev18:00 - 18 / 02 / 2023
Türkiyədə zəlzələ nəticəsində həlak olanlarla bağlı yeni say açıqlanıb

Türkiyədə zəlzələ nəticəsində həlak olanlarla bağlı yeni say açıqlanıb.

1news.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, hazırkı məlumatlara görə, zəlzələ nəticəsində həlak olanların sayı 40 642 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Paylaş:
714

Son xəbərlər

Bütün xəbərlər