ABŞ dövlət katibi Türkiyədə zəlzələ bölgəsində - Əlavə 100 milyon dollar yardım
ABŞ Dövlət katibi Entoni Blinken Türkiyəyə dövlət katibi olaraq həyata keçirdiyi səfərdə zəlzələ bölgələrinə gedib.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Zəlzələ bölgəsində aparılan araşdırmalardan sonra ABŞ dövlət katibi Blinken sosial şəbəkədə paylaşım edib.
“Türkiyədə baş verən zəlzələlərin yaratdığı dağıntıları öz gözlərimlə görmək məni çox sarsıtdı. Birləşmiş Ştatlar xilasetmə, yardım və bərpa işlərinə töhfə vermək üçün əlindən gələni etməyə sadiq qalacaq" – deyə, o bildirib.
Blinken həmçinin zəlzələlər səbəbiylə ABŞ tərəfindən Türkiyə və Suriyaya humanitar yardımın 100 milyon dollar artırılaraq 185 milyon dollara çatdırıldığını açıqlayıb.
Blinken bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.