Ərdoğandan kəndlərdə yaşayanlara müjdəli xəbər: 70 min ev inşa ediləcək
“Şəhər mərkəzlərində olduğu kimi kəndlərimizi də 1 il ərzində dirçəltməyi hədəfləyirik”
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osmaniyədə zəlzələ bölgəsində keçirdiyi brifinqdə deyib.
“70 min kənd evimizi, tövləsi ilə, həyəti ilə, parkı ilə öz memarlıq üslubuna uyğun şəkildə inşa edib 1 il ərzində inşa edib sahiblərinə verəcəyik”.
“Beləliklə, sadəcə mart ayında 200 mini çoxmənzilli bina və 70 mini kənd evi olmaqla, ümumilikdə 270 min vətəndaşımızı ailələri ilə birlikdə ev sahibi etmək üçün başlayacağıq”.
366