Türkiyədə növbəti dəfə 5,6 bal gücündə zəlzələ olub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə növbəti dəfə 5,6 bal gücündə zəlzələ olub - YENİLƏNİB

Qafar Ağayev14:34 - 27 / 02 / 2023
Türkiyədə növbəti dəfə 5,6 bal gücündə zəlzələ olub - YENİLƏNİB

Bu gün Türkiyənin Malatya bölgəsindəki zəlzələ zamanı ilkin təxminlərə görə, 22 bina dağılıb.

1news.az xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer deyib.

O, 5 nəfərin dağıntılar altından çıxarıldığını qeyd edib.

AFAD rəhbəri Yunus Sezer isə 1 nəfərin öldüyünü, 69 nəfərin yaralandığını vurğulayıb.

***
13:27

Türkiyənin Malatya şəhərinin Yeşilyurt rayonunda 5,6 bal gücündə zəlzələ meydana gəlib.

1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, yürli vaxtla 12:04 radələrində meydana gələn zəlzələ Kahramanmaraş, Adıyaman, Elazığ və digər ətraf rayonlarda hiss edilib.

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər