Mikayıl Cabbarov: “İDB ilə yeni əməkdaşlıq platformalarının yaradılması müzakirə edilib” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov: “İDB ilə yeni əməkdaşlıq platformalarının yaradılması müzakirə edilib”

Qafar Ağayev14:44 - 27 / 02 / 2023
Mikayıl Cabbarov: “İDB ilə yeni əməkdaşlıq platformalarının yaradılması müzakirə edilib”

Azərbaycan və İslam İnkişaf Bankı (İDB) yeni əməkdaşlıq platformalarının yaradılmasını müzakirə edib.

1news.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

"İslam İnkişaf Bankı Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlıdır. Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüşdə ölkəmizlə ikitərəfli əlaqələrin mövcud vəziyyəti, işğaldan azad edilmiş ərazilərimizin bərpası, birgə layihələrin reallaşdırılması və yeni əməkdaşlıq platformalarının yaradılması imkanlarını müzakirə etdik", - nazir qeyd edib.

Paylaş:
301

Son xəbərlər

Bütün xəbərlər