Türkiyə Xarici İşlər Nazirliyi qəza ilə bağlı Yunanıstana başsağlığı verib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Xarici İşlər Nazirliyi qəza ilə bağlı Yunanıstana başsağlığı verib

Qafar Ağayev11:00 - 01 / 03 / 2023
Türkiyə Xarici İşlər Nazirliyi qəza ilə bağlı Yunanıstana başsağlığı verib

Türkiyə Xarici İşlər Nazirliyi baş verən qatar qəzası nəticəsində həlak olanlarla bağlı Yunanıstanda başsağlığı verib.

1news.az xəbər verir ki, başsağlığında deyilir:

“Qonşumuz Yunanıstanda dünən gecə baş verən qatar qəzasında çox sayda insan həyatını itirdiyi və yaralandığını kədərlə öyrəndik. Bu faciəvi qəzada həyatlarını itirənlərin yaxınlarına, yunan xalqına və hökumətinə başsağlığı verir, yaralılara təcili şəfalar diləyirik”.

Paylaş:
411

Son xəbərlər

Bütün xəbərlər