“Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzvlərinə yardım göstərməyə davam edəcək” - Prezident | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzvlərinə yardım göstərməyə davam edəcək” - Prezident

Qafar Ağayev11:00 - 02 / 03 / 2023
“Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzvlərinə yardım göstərməyə davam edəcək” - Prezident

COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək.

1news.az xəbər verir ki, bu sözləri martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.

Zirvə görüşündə iki qlobal çağırışı bəyan edən Azərbaycan Prezidenti bildirib: “Bunlar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Məmnuniyyətlə elan edirəm ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. İnanıram ki, Qoşulmama Hərəkatının üzvləri və beynəlxalq ictimaiyyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək və bizə qoşularaq postpandemiya bərpası dövründə ehtiyacı olan ölkələrə dəstək verəcəklər”.

Paylaş:
583

Son xəbərlər

Bütün xəbərlər