Pakistan mediasında “Heydər Əliyev: Pakistan-Azərbaycan münasibətləri” mövzusunda məqalə çap olunub
Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya media qrupunun rəhbəri Ramin Əhmədovun “Heydər Əliyev: Pakistan-Azərbaycan münasibətləri” sərlövhəli məqaləsi Pakistanın “Pakistaneconomicnet.com”, “En.dailyittehad.com”, “Thegulfobserver.com”, “Pakistanintheworld.pk” agentliklərində nüfuzlu media orqanlarında yayımlanıb.
1news.az xəbər verir ki, Pakistanın 4 mətbuat orqanında yayımlanan məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin inkişafındakı rolundan söz açılır.
Məqalədə bildirilir ki, Azərbaycanla-Pakistan arasında münasibətlər qardaşlıq səviyyəsindədir. 44 günlük Vətən Müharibəsində Pakistanın Azərbaycana verdiyi dəstək ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən xəbər verir. Pakistan yeganə dövlətdir ki, Ermənistanı dövlət kimi tanımır. Qeyd edilir ki, Ulu öndər Heydər Əliyev Pakistana böyük önəm verib və bu dövlətlə əlaqələrin inkişafı üçün önəmli addmlar atıb.
Ümummilli liderin Pakistanla-Azərbaycan əlaqələrin qurulmasın və inkişafında mühüm rolu olub. Pakistanı Azərbaycanın Türkiyə ilə yanaşı dünyadakı əsas strateji müttəfiqlərindən biridir. İki ölkə arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr çərçivəsində intensiv xarakter daşıyır.
Məqalədə Ulu öndərin Pakistan haqqında fikirlərinə yer verilir: “Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimiz üzərində qurulur. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyi haqqında bəyanat verdikdən sonra Pakistan ölkəmizin öz müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Sonrakı dövrdə, xüsusən axırıncı illərdə də Pakistanla Azərbaycan arasında çox yaxşı əlaqələr yaranıbdır”.
Məqalədə 1996-cı ilin aprelində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistana səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər və imzalanan sazişlərin əhəmiyyəti önə çəkilir. Həmçinin bildirilir ki, Ulu öndər qardaş Pakistanda da sevilən lider idi. R.Əhmədov məqaləsində həmçinin qeyd edir ki, dövlətlərimiz arasında hazırda münasibətlər ən yüksək səviyyəyə çatdırılıb və Prezident İlham Əliyev ulu öndər tərəfindən qoyulan strategiyanı uğurla davam etdirir.
Məqalədə Birinci vitse-prezient, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da həmişə Pakistanla münasibətlərin inkişafına xüsusi önəm verdiyi qeyd edilir: “Onun təşəbbüsü və rəhbərliyi ilə Pakistanda xeyriyyə tədbirləri reallaşdırılıb. Buna görə də, 2015-ci il martın 11-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Pakistanın “Hilal-e-Pakistan” ordeni təqdim olunub”. Məqalənin sonunda qeyd edilir ki, Azərbaycan, Pakistan və Türkiyənin üçtərəfli formatda qurulan əməkdaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır və bu əlaqələrin davamlı olması əhəmiyyətlidir.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü ili Heydər Əliyev İli elan edib.
Məqaləyə bu linklər vasitəsilə baxmaq olar:
https://pakistaneconomicnet.com/story/85251/?fbclid=IwAR0pp8a9jKMNvCCTqsF50-WYcR-Du9LByNl8HOYqyh6ZMCjphZ-FqsfTtU4 https://en.dailyittehad.com.pk/story/15241?fbclid=IwAR0sLS5XXOgzpCuvM9QK-sgJ4f6gpiM-v0rFy4S4W1sw7B60WNhaDF0WOVY
https://thegulfobserver.com/heydar-aliyev-pakistan-azerbaijan-relations/?fbclid=IwAR1VxpAHdpXqXK1GgUYSigUmh1Fotv6quvXXpOh9DaUbQ6xPgkvou-o1ghY https://pakistanintheworld.pk/live/national-leader-heydar-aliyev-constructor-of-azerbaijan-pakistan-relations/?fbclid=IwAR34THvkDPxQGQy3Gun8B7fHBvtb9uGOUuDdqGtRzy4XjNXrqwN8UwCakfk