Latviya Prezidenti Egils Levits Azərbaycana rəsmi səfərə gəlib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Latviya Prezidenti Egils Levits Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Qafar Ağayev09:07 - 08 / 03 / 2023
Latviya Prezidenti Egils Levits Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Latviya Respublikasının Prezidenti Egils Levits martın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

1news.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Latviya Prezidenti Egils Levitsi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

Paylaş:
346

Son xəbərlər

Bütün xəbərlər