Sumqayıtda mikroavtobusla yük maşını toqquşub, 15 nəfər xəsarət alıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda mikroavtobusla yük maşını toqquşub, 15 nəfər xəsarət alıb - FOTO

Qafar Ağayev09:08 - 09 / 03 / 2023
Sumqayıtda mikroavtobusla yük maşını toqquşub, 15 nəfər xəsarət alıb - FOTO

Bu gün Sumqayıt şəhərində “Ford” markalı mikroavtobusun “DAF” markalı yük avtomobili ilə toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.

Bu barədə 1news.az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Məlumata əsasən, xəsarət alanlardan 6 nəfər xəstəxanaya stasionar müalicəyə qəbul edilib, onlardan 2-sinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Eyni zamanda, 3 nəfərin acil şöbədə olduğu qeyd edilib.

Bildirilib ki, digər şəxslər ilkin tibbi yardım göstəriləndən sonra onlar evə buraxılıb.

Fotolar APA-ya aiddir.

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər