DYP Bakı-Sumqayıt yolundakı qəza barədə məlumat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP Bakı-Sumqayıt yolundakı qəza barədə məlumat yaydı

Qafar Ağayev10:59 - 09 / 03 / 2023
DYP Bakı-Sumqayıt yolundakı qəza barədə məlumat yaydı

DİN-in Baş DYP İdarəsi Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarənin şöbə rəisi Rövşən Tağıyevin 1news.az-a verdiyi məlumatda bildirilir ki, bu gün saat 06:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində Qocayev Murad Məsud oğlunun idarə etdiyi “Ford” markalı, 29-BA-586 dövlət qeydiyyat nişanlı mikroavtobus onunla eyni istiqamətdə hərəkətdə olan Məmmədov Ələddin Hacı oğlunun idarə etdiyi “DAF” markalı, 99-GJ-323 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusu ilə toqquşub. Nəticədə, mikroavtobusda olan sərnişinlərdən 6 nəfəri xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Paylaş:
448

Son xəbərlər

Bütün xəbərlər