Rusiya XİN Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildirib
Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə danışıqları bərpa etməyə çağırır.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu bu gün həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, düşmənçilik ritorikasının və Qarabağda insidentlərin sayının artması narahatlıq doğurur.
"Biz sülh prosesinə alternativin olmadığı mövqeyindən çıxış edirik. Biz tərəfləri Ermənistan-Azərbaycan normallaşmasının bütün yollarını, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh sazişinə hazırlığı, ictimai xadimlərin, parlamentarilərin görüşlərinin keçirilməsini bərpa etməyə çağırırıq", - deyə o bildirib.