Musa Quliyev yenidən QDİƏT PM-in komissiya sədri seçilib | 1news.az | Xəbərlər
Siyasət

Musa Quliyev yenidən QDİƏT PM-in komissiya sədri seçilib

Qafar Ağayev17:31 - 23 / 03 / 2023
Musa Quliyev yenidən QDİƏT PM-in komissiya sədri seçilib

Martın 23-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının videokonfrans formatında 60-cı iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən xəbərə görə, tədbirdə quruma üzv ölkələrin nümayəndə heyətlərinin təmsilçiləri iştirak ediblər.

Azərbaycan parlamentini yığıncaqda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, habelə QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının sədri Musa Quliyev və deputat Ramin Məmmədov təmsil ediblər.

Gündəlik təsdiq edildikdən sonra iclasda “QDİƏT-ə üzv dövlətlərin sosial-iqtisadi inkişafında Kütləvi İnformasiya Vasitələrinin rolu” mövzusunda hesabat layihəsi təqdim edilib. Mövzu ətrafında müzakirələrdə iclas iştirakçıları öz fikirlərini açıqladıqdan sonra hesabat layihəsi qəbul edilib.

Sonra eyni mövzuda tövsiyə qərarının layihəsinə baxılıb və sənəd səsə qoyularaq qəbul olunub.

Yığıncaqda, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının cari fəaliyyəti barədə məlumat dinlənilib.

İclasda bir sıra təşkilatı məsələlərə də baxılıb. Milli Məclisin komitə sədri Musa Quliyev yenidən QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının sədri seçilib. Tədbir iştirakçıları, habelə komissiyanın sədr müavinlərini də seçiblər.

Toplantıda komissiyanın növbəti iclasının yeri, tarixi və mövzusu müəyyən olunub. Komissiyanın 61-ci iclasının Rusiya Federasiyasında 2023-cü ilin oktyabr ayında keçirilməsi planlaşdırılıb.

Tədbirdə “QDİƏT-ə üzv dövlətlərdə uşaqların müdafiəsi siyasətinin gücləndirilməsində parlamentlərin rolu” mövzusunun müzakirəsi nəzərdə tutulub.

Paylaş:
168

Son xəbərlər

Yasamalda çoxmərtəbəli yaşayış kompleksinin yanğın təhlükəsizliyində nöqsanlar aşkarlanıb - FOTO - VİDEOBu gün, 10:16Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə ödəniləcəkBu gün, 10:07Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib - FOTO - VİDEOBu gün, 09:59Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıbBu gün, 09:41Ordumuzun mövqeləri atəşə tutulubBu gün, 09:36Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:24Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedibBu gün, 09:13Abşeronda kişi almaq istədiyi evin 4-cü mərtəbəsindən özünü atıbBu gün, 09:09BNA: 138 avtobusun hərəkət intervalında gecikmələr varBu gün, 08:49Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:45Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb - FOTO05 / 06 / 2023, 20:13Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb05 / 06 / 2023, 17:53Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri CEENQA İdarə Heyətinə üzv seçilib05 / 06 / 2023, 17:44Tarixi binanın fasadında olan problem aradan qaldırıldı - FOTO05 / 06 / 2023, 17:22Peyvənd olunanların sayı açıqlanıb05 / 06 / 2023, 17:14Azərbaycanda son sutkada COVID-19-a yoluxanların STATİSTİKASI05 / 06 / 2023, 17:10Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ05 / 06 / 2023, 17:08Deputat Türk lirəsinin dəyərdən düşməsindən danışdı05 / 06 / 2023, 17:06Sahibə Qafarova İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri ilə görüşüb05 / 06 / 2023, 16:52Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb05 / 06 / 2023, 16:40
Bütün xəbərlər

Next TV