Azərbaycanın qadın boksçusu ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib - FOTO | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın qadın boksçusu ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib - FOTO

Qafar Ağayev12:07 - 23 / 03 / 2023
Azərbaycanın qadın boksçusu ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib - FOTO

Azərbaycan boksçusu Aynur Rzayeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinala yüksəlib. +81 kq çəkidə çıxış edən milli üzvü 1/4 finalda Selin Li-Lonu (Yeni Zelandiya) mübarizədən kənarlaşdırıb.

Azərbaycan Boks Federasiyasından 1news.az-a

verilən məlumata görə, hər 3 raundu xeyrinə bitirən Avropa çempionatının finalçısı yekunda 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Rzayeva yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı təmin edib.

O, bununla da adını Azərbaycanın qadın boks tarixinə yazdırıb. Mundiallarda indiyədək yerli idmançımız bu mərhələyədək irəliləmədiyindən Aynur ilki rəsmiləşdirib. Həmçinin dünya çempionatlarında sonuncu dəfə 2014-cü ildə medal qazandığımızdan 9 illik uğursuz seriyaya da son qoyub.

Boksçumuz yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva ilə döyüşəcək.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.

Paylaş:
913

Son xəbərlər

Məşhur türk serialında Azərbaycanla xəritəsi ilə bağlı səhv düzəldildi - FOTO31 / 05 / 2023, 20:45İçərişəhərdə 31 May Ümumdünya Tütünsüz Günü qeyd edilib31 / 05 / 2023, 17:58Qoruq və muzeylərə əcnəbi vətəndaşlar üçün giriş qiymətləri dəyişib31 / 05 / 2023, 17:54Sahibə Qafarova Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb31 / 05 / 2023, 17:47Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib31 / 05 / 2023, 17:40FAO-nun Baş direktoru İlham Əliyevi təbrik edib31 / 05 / 2023, 17:32Dolu düşüb, sel keçib - Faktiki hava açıqlandı31 / 05 / 2023, 17:16Estoniya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib31 / 05 / 2023, 17:01Şirvanda polisin saxladığı şəxs ölüb31 / 05 / 2023, 16:49Prezident: Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var31 / 05 / 2023, 16:29ABB Banklararası Şahmat Çempionatının qalibi oldu31 / 05 / 2023, 16:26Xəzər-Avropa Yaşıl Enerji Dəhlizinin yaradılması müzakirə edilib31 / 05 / 2023, 16:21Prezident İlham Əliyev: “Azərbaycan qazına ehtiyac artmaqdadır”31 / 05 / 2023, 16:01“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib - VİDEO31 / 05 / 2023, 15:43Azərbaycanda daşınmaz əmlakın elektron qaydada icbari sığortasına başlanılır31 / 05 / 2023, 15:35PAŞA Holding-in dəstəyi ilə şəhid ailələri, qazilər, müharibə iştirakçıları üçün Kiçik və Orta Biznes proqramına start verildi31 / 05 / 2023, 15:30“Report” İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib31 / 05 / 2023, 15:18Nüsrət Kəsəmənlinin nəvəsi Azərbaycanın ən yaraşıqlı kişisi seçildi - FOTO31 / 05 / 2023, 15:17Azərbaycan və Pakistan investisiyaların təşviqini müzakirə edib31 / 05 / 2023, 14:56Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”31 / 05 / 2023, 14:48
Bütün xəbərlər

Next TV