Tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir - VİDEO

Qafar Ağayev10:42 - 28 / 03 / 2023
Tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir - VİDEO

2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, tank heyətləri ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlər davam edir.

Paylaş:
461

Son xəbərlər

Bütün xəbərlər