Britaniya səfiri Fazil Mustafanın vurulması ilə bağlı yazdı
Bir neçə ay əvvəl Fazil Mustafa ilə tanış olmaq imkanım olmuşdu. Dünən axşam ona qarşı baş verən silahlı hücum məni çox kədərləndirdi.
1news.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld özünün "Twitter" səhifəsində yazıb.
"Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə sağalmasını arzulayıram", - deyə o əlavə edib.
Xatırladaq ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
464