Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıdı - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıdı - SƏRƏNCAM

Qafar Ağayev15:18 - 30 / 03 / 2023
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbərinə görə, Fərmanla su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə qərara alınır:

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra – Agentlik) yaradılsın.

2. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilsin.

3. Müəyyən edilsin ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. beş ay müddətində:

4.1.1. Agentliyin əsasnaməsinin və strukturunun layihələrini, habelə işçilərinin say həddi barədə təkliflərini beynəlxalq məsləhətçi şirkəti cəlb etməklə hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.2. Agentliyin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bir ay müddətində:

4.2.1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin;

4.2.2. bu Fərmanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulan işlərin maliyyələşdirilməsinin təmin edilməsi, habelə Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan qurumlar öz fəaliyyətlərini davam etdirsinlər.

Paylaş:
278

Son xəbərlər

Yasamalda çoxmərtəbəli yaşayış kompleksinin yanğın təhlükəsizliyində nöqsanlar aşkarlanıb - FOTO - VİDEOBu gün, 10:16Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə ödəniləcəkBu gün, 10:07Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib - FOTO - VİDEOBu gün, 09:59Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıbBu gün, 09:41Ordumuzun mövqeləri atəşə tutulubBu gün, 09:36Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:24Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedibBu gün, 09:13Abşeronda kişi almaq istədiyi evin 4-cü mərtəbəsindən özünü atıbBu gün, 09:09BNA: 138 avtobusun hərəkət intervalında gecikmələr varBu gün, 08:49Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:45Rəhman Hacıyev ADA Universitetinin məzunları ilə görüşüb - FOTO05 / 06 / 2023, 20:13Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb05 / 06 / 2023, 17:53Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri CEENQA İdarə Heyətinə üzv seçilib05 / 06 / 2023, 17:44Tarixi binanın fasadında olan problem aradan qaldırıldı - FOTO05 / 06 / 2023, 17:22Peyvənd olunanların sayı açıqlanıb05 / 06 / 2023, 17:14Azərbaycanda son sutkada COVID-19-a yoluxanların STATİSTİKASI05 / 06 / 2023, 17:10Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ05 / 06 / 2023, 17:08Deputat Türk lirəsinin dəyərdən düşməsindən danışdı05 / 06 / 2023, 17:06Sahibə Qafarova İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri ilə görüşüb05 / 06 / 2023, 16:52Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb05 / 06 / 2023, 16:40
Bütün xəbərlər

Next TV